Layihə Haqqında

 

Layihənin əsas məqsədi Naxçıvan Muxtar Respublikasının tarix və müasirliyini dünya ictimaiyyətinə çatdırmaqdır. Bununla bərabər son on illiklərdə aparılmış yenidənqurma, abadlıq işlərini,eyni zamanda tarixin qorunmasına, yaşadılmasına olan diqqəti bir nümunə kimi digər şəhər və ölkələrə aşılamaq məqsədi daşıyır. Qədim tarixə, mədəni irsə sahib olan Naxçıvan torpağı zəngin və dünya əhəmiyyətli memarlıq inciləri ilə zəngindir. Kiçik bir ərzidə bu qədər tarixin yaddaşını özündə cəmləyən ərazi tapmaq çətindir. Bu səbəbdən ən seçmə və əhəmiyyətli olan abidə və komplekslərə Siz çox rahatlıqla istər XXI əsrin son yeniliklərindən biri olan 360 dərəcə Virtual Panoramik Səyahət texnologiyası ilə qarış-qarış gəzib seyr edə və ya video çarx/foto qalereya nümunələri ilə izləyə bilərsniz.

Layihə çərçivəsində aşağıda adları sadalanan məkanlara səyahət edə bilərsiniz:

Əyləncə Adası,Bəhruz Kəngərli Adına rəssamlar parkı,Dövlət bayraq meydanı,Xan Sarayı tarix memarlıq kompleksi, Naxçıvanqala tarix memarlıq muzey kompleksi,Əlincəqala,Heydər Əliyev Muzeyi, Xatirə muzeyi,Cəlil Məmmədquluzadənin ev muzeyi, Hüseyn Cavidin ev muzeyi, Bəhruz Kəngərli muzeyi, Bayraq Muzeyi, Naxçıvan dövlət xalça muzeyi, Möminə Xatın türbəsi,Naxçıvan qala tarix memarlıq muzey kompleksi,Əlincəqala,Əshabi-kəhf ziyarətgahı dini mədəni abidə kompleksi, Açıq Səma altında muzey, Xanəgah Memarlıq Kompleksi,Gülüstan Türbəsi, İmamzadə Kompleksi, Şərq Hamamı,Yusif küseyr oğlu türbəsi, Nuh peyğəmbərin məzarüstü türbəsi, Hüseyn Cavidin məqbərəsi, Duzdağ Fizioterapiya mərkəzi, Grand Hotel, Təbriz Hotel, Duzdağ Hotel, Naxçıvan Dövlət Universiteti, "Naxçıvan" Universiteti, Cahan AVM, Heydər Əliyev Sarayı, Naxçıvan Dövlət Stadionu və s.

Küçələr:

Heydər Əliyev Prospekti,Əziz Əliyev Küçəsi,Aeroport Yolu-M8, Cəlil Məmmədquluzadə küçəsi, Atabəylə məhəlləsi, Əlincə Məhəlləsi, Nizami Gəncəvi küçəsi,Təbriz küçəsi,İslam Səfərli küçəsi,Seyid Cəfər Pişəvari, İstiqlal küçəsi,

İnteraktiv xəritə vasitəsilə dəqiq lokasiyası işarələnmiş məntəqələrə keçid edə bilərsiniz.